Budapeştdən Braşova keçincə, görünən odur ki, aeroportu yeni salıblar və rəqəmlərə baxınca, 2023-cü ildə bu aeroport istifadəyə verilib. Mən sonuncu dəfə 2022-ci ildə Braşova Buxarestdən qatarla gəlmişdim. Son 50 ildə bu aeroportu salıblar. Havalimanında polis əməkdaşı gülə gülə pasportlarımızı yoxladı və bir xeyli söhbət elədi. Dərdi nə idi bilmədik. Bizi götürdülər birbaşa minibusla Sfântu Gheorghe şəhərinə. Bu şəhərin əsas əhalisi macarlardır. 75 faizə yaxın. Özlərinə szekely deyirlər. Əslində hundurlar. Təmiz, saf qanlı hundurlar. Şəhərin iki müzeyi var. Tarix müzeyinə mütləq getmək istəyirəm. Teatrlar da var. Bircə yağış yağmasın. Sizinlə Szekelylərin bayrağını deyim. Bizim kimi 8 güşəli və ayparalıdır. Çox təəccübləndim əziz dostlar.
Təyyarədəykən Alpar Szilagy ilə tanış oldum. Çox maraqlı insandır. 25 yaşlı bu gənc 8 aydır ki, ölkəsindən çıxıb və təsadüfən birgə qayıdırdıq. Tam yanımda oturmuşdu. Özü başladı söhbətə. Avstraliyaya gedib və passport kontrolunda bəzi mesajlar görüblər. Turist vizası ilə gəldiyi halda işləməməliymiş və işlədiyini aşkar edib, ölkəyə buraxmayıblar. Yerində qənaətə gəlib ki, Tailanda getsin. Kəndirbazlıqla məşğul olub. Rope dancing də deyirlər. Parkda başlayırmış kəndir üzərində yeriməyə və parkdakı insanları dəvət edirlər onlara qoşulmağa. Az qazanıb, az xərcləyib. Ucuz ölkədir deyir və hər şey ucuza başa gəlir. Getmək istədim vallah. Düşünün, özünün icmasını yaradıb və vatsap qrup üzərindən kontaktdadırlar. Bizim gənclər də çıxmalıdır xaricə. Çıxmalısınız. Başqa cür də görmürəm.
Şəhər yaşıllıqdır. Ağac və meşəlik. Otluq. Əkilən böyük ərazilər. Aman Allah, türklər və axıncılar bura necə gəliblər. Bura, kilometrlərcə yolu necə gəlib çıxıblar. Şok, sadəcə şok. Deyim ki, maydır, amma üşüyürük. Soyuqdur. Necə buralara hakim olublar.
Layihə çərçivəsində yerləşdiyimiz hotel və layihənin baş verəcəyi məkan təşkil olunub. Maraqlıdır yeni insanlar və onların dünyalarına daxil olmaq. Açıq və şəffafdır. Sürətli inteqrasiya gözə çarpır.
Ardı var…