Rumıniyada, Sfântu Gheorghe şəhərində, layihədəyik. Layihə iştirakçıları təxminən 10 ölkə iştirak edir ki, biri də bosniyalılardır. Bildiyiniz Bosniya Hersoqovinadan qatılıblar. Bu ölkə konfedarativ ölkədir və 3 millət yaşayır. Bosniyalılar, xorvatlar və serblər. Bosna çay adından, herseqovina macarca voyovada sözündən gəlir.
Tanış olduğum xanımlar, biri əzcaçılıq, digəri isə tibb bacılığı oxuyur və bu istiqamətdə işləmək istəmirlər. Bir çox məqama işıq tutaq. Əzcacı xanım bildirdi ki, dərmanlar keyfiyyətsizdir və bitmə tarixinə yaxındır. Bu halda bunu əxlaqsız hesab edirəm, onlara nəyisə satmağı. Digəri isə, tibb bacısı bildirdi ki, azı 5000 euro pul ödəməliyəm. Bu halda isə mən bu pulu ödəmək istəmirəm.
Görünən odur ki, dünya insanlarının qayğıları və problemləri eynidir. Bir az işıq tutdum və yeni pəncərələr açmağa çalışdım. Oralı olmadılar. Ümidsiz bir gələcək və sadəcə nəfəs alma ilə yetinirlər. Ancaq bir az qarşı gəlmə, əks düşünmə açıqca görünür. Ölkələrinin bütövlükdə korrupsiyaya qurşandığı və hər sahədə var olduğunu açıqca deyirlər. Ölkələri haqda bir az araşdırdım, çıxan ümumi mənzərə içlər acısı. Ölkəni serblər nə avıra qoyublar. Nifrət, dini ayrı seçkilik və milliyətçilik. Bunları ayıran çox səbəblər var. Bu arada bosniyalılar müsəlmandırlar.