Macarıstanda maraqlı anlar və gəldiyim qənaətləri sırasıyla sizə çatdıracam. Burada nəzərə alın ki, şəxsi təcrübə və düşüncələrim subyektivdir.
Bir neçə halda yolu və ünvanları soruşduğumda çox istəkli və həvəslə kömək edirlər. Edənlərin bəzilərinin milli mənsubiyyətini soruşduğumda isə iranlı, ukraynalıya rast gəldim. Təbii ki, macarlar da var idi.
Bir çox xarici vətəndaşlar gördüm. Xüsusilə almanlar, ispanlar səyahətə gəlirlər bura. Bir neçəsilə danışma imkanı oldu, bildirdilər ki, onların bura səyahəti ucuza başa gəlir və burda qiymətlər, xüsusilə də içkilər aşağı qiymətə sahibdirlər. Həftə sonu əyləncələrini də, bura salırlar.
Çinli havası var. Kiçik bir Çin məhəlləsi kimi. Qiymətlər də ucuz deyil əslində. Onlarsız olmur. Dünyanın çinli həqiqəti var. Bir də Avropanın Ukrayna faktoru da var. Ukraynalılar ümidvaram evə qayıdarlar. Yaşadığımız ortaq tale var onlarla.
Nəqliyyat çox komfortdur burda. Hətta səni həbs edərcəsinə. Həbs olunursan bu komforta. Qiymət də imkan verir. Tramvayı, metrosu və çeşid çeşid. Çox bəyəndim, çox.
Körpülər də çoxdur. Həm də çox. Körpünün burda əhəmiyyətini hiss etdim. Yolu qısaldır və marağı çəkdi, bu sözün kökü. Sözün kökü, yüksəlmək, qalxmaq, şişmək, qabarmaqdan gəlir. Qədim uyğur türkçədən gəlir.