Macarıstanda 1-ci gün

Metroda kitab oxuyan yoxdur, 2 gün ərzində əlində kitab açıb oxuyan metroda rastlamadım. Qaldığım hostel deyil əslində, bildiyiniz 2 otaqlı mənzildir. Adam bu iki otağı 5 otaqlı ev edib. Kiçik kiçik otaqlar gününə 2 nəfərə 20 dollardan. Əla biznesdir. Hamam və ayaqyolu ümumi istifadədədir. Mətbəx də həmçinin. Hosteldə qalanlar bir birini tanımır. Hərkəs də fərqli millətdir, amma nə səs var, nə narahatlıq. Hərkəs bir ahəng içindədir. Lüks otaq isə bu 5 otağın içində balkonu olan otaqdır.

Bugün interspara getdim. Böyük marketdir. Qarışıq idi. Qida və qeyri qida. Diqqətimi çəkən yenə bol çeşidlilik. Bütün dünya burdadır. Çeşid bolluğu ürək açandır. Marketdə işləyənlər təəssüf ki, ingiliscə bilmirlər. Ancaq öz dillərində danışırlar. Ət məhsulları bol assortimentdir. Düşünün, doğranmış şəkildə kolbasalar satılır. Vaxt qənaəti burda prioritetdir. Kolbasalar doğranmış şəkildə servisə hazırdır.

Nəqliyyat mükəmməldir. Hər yerə rahatlıqla gedə bilirsən. İstənilən nöqtəyə asanlıqla varmaq olur. Şəhərdə mədəniyyət özünü göstərir. Metro, tramvay və sairə nəqliyyat mədəniyyəti hər dəqiqə biruzə verir. Metroda təmizlik gözə çarpır. Çoxlu millətlər yaşayır. Rahatlıqla dillərində danışırlar. Köməksevərdirlər. Burada haradansan sualı yayqındır. Dünən şirniyyat məkanında bu sualı satıcı verdi. Özü kosovalı idi. Azərbaycan dedim, maşAllah dedi. Çantamı da bir neçə saatlığına saxlamağa razılıq da verdi. Gəmi cruisində də eyni halı yaşadım. Hardansınız sualına görə musiqi ifadə edildi və bəxşiş gözlənildi. Xoş qarşılanmaları görürəm. Dubayda da etnik kökənlilər bu suala çox fokus olurlar. Müxtəlif maraqlardan bu sualı verirlər.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

WhatsApp-dan bizə yazın
1