Həyat, ölüm və başdaşı!

Bugün bir yoldaşla görüşümüzdə səsləndirdiyimiz fikirlər və kiçik araşdırmaların nəticəsi:

Həyat zamandır, dönəmdir. Bir müddətdir. Prosesdir. Zaman dilimidir. Məsafədir. Xətkeşdir. Amma ölüm bitişdir. Mütləq həqiqətdir. Uzun deyil, qısa deyil. Ancaq sondur. Sonun başlanğıcıdır. Sondan ibarətdir. Son elə qədim türkçəmizdə də var. Öz sözümüzdür. Fərqində olmuşuq bu sözün. Hətta sonra sözü də son sözündən gəlir. Elə son sözü ölüm sözü ilə də birməna daşıyır. Ancaq bir digər mənası hüdud, sərhəd deməkdir. Yəni bir bitiş deməkdir.

Ölümü sərsəng sözünə bağlayaq. Uzun illər Tərtər camaatı Sərsəng su anbarının ermənilər tərəfindən işğalına görə əziyyət çəkib. Ağaclar quruyub, bağlar yanıb susuzluqdan. Sözün mənasına yüklənək. Səng sözü daş deməkdir. Səngimək elə burdan gəlir. Daşlaşmaq, yəni hərəkətsiz qalmaq deməkdir. Digər mənası isə yavaşımaq mənasına gəlir. Səngər, sözü isə səng sözü ilə eyni məna daşımır. Düzdür bu söz də farscadır. Mənası, aşağı, aşağıda deməkdir. Ölüm daha çox səngə uyğun gəlir, yəni daşa. Ölüm elə daşın özüdür. Hərəkətsiz, motivsiz. Maraqlıdır elə ölən adamın basdırılanan yerinə başdaşı qoyulur. Elə sərsəng də başdaşı deməkdir.

Görünən odur ki, hamımızın bir başdaşı olacaq və sonrakı həyatlarda o da olmayacaq. Öldükdən sonra olmasa da olar. Aşıq Veysəl necə demişdi, yerinə ağac olsun. Başdaşındansa ağac olsun. Bu arada sadəcə Məhəmməd peyğəmbərin qəbri bizə məlumdur. Digərləri yox…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1