Latınca da bir söz var. Superbia. Qürur, qürrə və ya özündən razı və sairə, mənaları özündə ehtiva edir. Ancaq məşhur Jane Austinin bir əsəri yadıma düşdü, Qürur və Önmühakimə. Əsərdə qürur və qürrəni aydın şəkildə fərqləndirir. Qürur daha çox bizim öz düşüncələrimizlə bağlıdırsa, qürrə isə başqalarının bizimlə bağlı fikirlərilə bağlıdır. Qürrə sözünün izahlı lüğətdə izahı, əsassız və boş bir şeyə arxalanaraq qürurlanmaq, güvənmək; iftixar etmək, lovğalanmaq mənasını verir. Ancaq öz mənası, şadlıq, sevinc və də parlaq, şəfəq danı və sairə. Qürrə sözü ilə məğrur ilə qohum sözlərdir.
Tolstoyun məşhur sözü var, ölümü özümüzə məsləhətçi, düzgün yaşamaq üçün müəllim kimi qəbul etməyimizi təklif edirdi. O deyirdi ki, nə etməliyəm soruşanda, nə etməyi axtardığımda, özünə bu sual verirsən: Əgər bu gün mənim son günümdür, öləcəm, bu halda nə etməliyəm?
Ölümü ən əvəzsiz müəllim kimi görməyimiz onun mütləq həqiqətlə bağlı olmasındadır. Onun hər zaman bizə qonaq gəlməsi labüddür və düşünək ki, normal halda özümüzə qəsd etməsək, onun gəlişi gözləniləndir. Ölümü də düşünsək və ona görə qərarlar qəbul etsək, neqativ hallarla daha rahat mübarizə apararıq. Özümüzü düz yola çəkərik. Eqomuzu düz istifadə edərik. Yuxarıdakı yazdığım qürrə və qürur da tənzimlənər. Ən azından Faust sövdələşməsinə gedilməz. Nədir Faust sövdələşməsi?
On altıncı əsrdə yarı doğru yarı yanlış bir sehrbaz yaşayırmış. Adı İohan Faustimiş. Bu adam əslində həkimmiş. Şeytanla dost olubmuş. Hətta yanındakı iti də şeytan kimi təsvir edənlər az deyilmiş. Tarixə də Faust sövdələşməsi də burdan gəlir. Faust, əfsanədə, bilik müqabilində ruhunu şeytana dəyişdirdi. “Faustian sövdələşməsinə nail olmaq”, sonsuz bilik və ya güc istəyini təmin etmək üçün hər şeyi qurban verməyə hazır olmaq deməkdir. Xaç atası filmini çoxunuz izləmisiniz. Filmdə, zəhmətkeş Ameriqo Bonasera Xaç atası Don Vitodan qızı üçün intiqam almasını xahiş edir. Don Vito gələcəkdə bir lütf müqabilində xahişi yerinə yetirir. İngiliscəsi, Faustian Bargain deməkdir.
Unutma, səni sən edən sənin seçimlərindir. Kim olduğuna sən qərar verirsən!