Dubayda ilk gün!

Dubaya gəlişimdə günün ilk gününün izlənimlərini bölüşürəm. Görünən odur ki, Dubaya biznes məqsədilə gedən az adam deyil. Sayları çoxdur. Qrup şəklində olmaqlarından bilinir. Bir neçə həmyerlimiz təyyarənin içində ayaqüstə gəzir və digər qrup yoldaşları ilə kontaktda olur. Yüksəs səslə danışmaq və saymazyana hərəkətlər açıqca görünür. Çox üzücüdür. Yatmışdım, səsə oyandım. Empati, çox da demirəm. Az empati də kifayət edər.

Wizzairə gəlincə, tam bir kapitalist məntiqi ilə işləyir. Su, çay sadə şeylər hamısı ödənişlidir. Türklərin məşhur sözü ilə desək, ne kadar et o kadar köfte. Pulun ver viskini iç, pulun ver arxadan yat. Pulunu ver, rahatına bax.

Havalimanına endikdə, Əbu Dhabidə ilk diqqətimi çəkən qiymətlərin çox baha olmasıdır. Bizimlə və digər ölkələrlə müqayisədə roket qiymətləridir. Hindistanlı, cənub şəqi asiya ölkələrindən bir çox vətəndaş  havalimanında müxtəlif aşağı ranklı vəzifələr daşıyır. Vəzifəli ərəblər ağadır. Güclü və qürurlu görünürlər.

Burada da, duyarlı insanlar var. Sırada rent a car-dan götürəcəyimiz maşın üçün gözləyəndə, araya girib sıranı pozan bir yoldaşı dərhal bir xarici vətəndaş qabağını kəsdi. Mən gözləyirəm, siz də gözləyin deyir.

Buradakı aeroportu sevdim. İnternet ödənişsizdir. Yoxsa, İstanbul. Və ya, Almaniyadakılar. Səxavətli aeroportdur. Şəkildə aeroportda çəkilib.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1