Nədir sənin üçün kiçik?
Kiçikdə təkəbbür yoxdur. Kiçik qürrələnmir. Kiçik qürrələnməz. Ruhu o deyil. Boyu o deyil. Olsa da, çirkin olar.
Kiçik eqo deyil. Kiçik bir toxumdur. Toxumun özüdür. Eqo kimi hiddət yaymır, elə kök salmır.
Kiçik başlanğıcdır. Son deyil. Sonsuzdur. Hərkəsə aiddir. Kiçiyi hərkəs edə bilər. Kiçiyi xor görmə.
Kiçik davamlılıqdır. Kiçiklər böyük gətirir. Doğru olan alqoritm də budur. Tərsini düşünək. Böyükdən kiçiyə doğru alqoritm deyil. Burda bir eniş var. Yüksəliş yoxdur.
Kiçikdə yalan yoxdur. Alçaqkönüllülük var. Səxavət var. Az var. Az olunca dəyərli olur. Az bölüşüncə daha böyük görünür.
Çoxun başlanğıcıdır. Kiçik azalmır.
Kiçik səhvdən qorxmur. Səhv də edə bilər. Empatiyanın özüdür. Eqodan fərqli qorxusu yoxdur. Böyük, səhv etməməlidir.