Bugünki mövzumuz “Hollivud effekti” olacaq. Bu effekt bir şəxsin zamanla ciddi ölçüdə mediaya təsirinə(ondan yazılır, danışılır, video çəkilir və sairə) çoxlu məruz qalması səbəbindən məşhurlaşdığı zaman baş verir. Bu cür məşhurlar imtiyazlı qlamur statusu əldə etməklə yanaşı, onlarla heç vaxt tanış olmamağımıza baxmayaraq, tanıdığımıza inandığımız insanlara çevrilirlər. Sanki, bu insanlar bizim həyatımızdadır hansısa sahədə və ciddi şəkildə qəbul etmişliyimiz var. Yəqin ki, bir çoxunuz küçədə insanların tanınmış bir şəxslə salamlaşmasına şahid olmusunuz və düşünmüsünüz ki, onlar bir birini tanıyır. Kənardan müşahidə edincə ağla gələn bu adamın artıq başqaları tərəfindən qəbul edilməsi və sevilməsidir. Ən az maraq göstərilməsidir.
Hollywood Effektindən müxtəlif hədəfləmə üsullarından istifadə etməklə və məzmununuzu mühüm qərar qəbul edənlərə göstərməklə biznesdə də əldə etmək olar. Bu effektdən yararlanmaq yeni müştəri ilə əlaqəni daha asan və səmərəli edir. Bu kimi insanlarla ünsiyyət və münasibət sizi digərlərinə rahatlıqla qəbul elətdirir. Sizi qəbul olunmuş görürlər və dərk edirlər. Bu şəxs yox, şirkətiniz və ya şirkətin məhsuluna da keçərlidir. Ehtiyac yoxdur, kiçik sahibkar kimi, siz məhsulunuzu Leonardo Di Caprioya tanıtdırasınız. Yerli bazarda hər hansı tanınmış bir şəxslə də yola çıxa bilərsiniz.
Bu da bir həqiqətdir ki, insanlar daha çox üzünü gördükləri biri ilə danışırlar. Burada psixologiya böyük rol oynayır. Yenə də bu üsul yalnız bir qapı açandır. Qapını bağladıqdan sonra baş verənlər başqa məsələdir. Bu marketinq kimidir. Reklam sizi xüsusi şokolad almağa inandıra bilər, lakin dadlı deyilsə, onu almağa davam etməyəcəksiniz. Burda söhbət ondan gedir ki, çirkin kralı bəzəsən də, o yenə çirkindir. Ən gözəl libası biçsən belə. Ancaq zərər görən burda bir neçə tərəf olur. Reklamı verən maraqlı tərəf, məhsul və xidmətindən narazı qalan müştəri kütləsinə sahib olur, tanınmış şəxs güvənilir olmur və aldadılmış müştəri aldığı məhsulu və ya xidməti istəklərinə uyğun istifadə etmir. Diqqətlə baxın, triangle hər ucda mənfidir.