Keyshia Ka’Oir niyə Gucci Mane qədər tanınmışdır!?

Keyshia Ka’Oir, yamaykalı bu gözəl xanım, reper Gucci Mane-nin həyat yoldaşıdır. Rəsmi 2017-ci ildən. Belə də, 2010-ci ildən münasibətləri yaranıb. Ancaq Gucci, bu Alabamalı dəli oğlan türmədən çıxdıqdan sonra niyə Keyshia Ka’Oir evləndi? Bu arada Mane haqqında danışaq. Tanınmış reperdir. Gucci adını o, babası James hələ 2-ci dünya müharibəsindəykən İtaliyadaykən Gucciyə olan sevgisindən gəlir. Bu arada bildirim ki, Mane-nin ailəsinin köklü hərbi tarixçəsi var. Həm ana tərəfdən, həm ana tərəfdən. Wasted, So Icy, freaky girl kimi hitləri var. Waka Flocka Flame, Young Thug və Migos da daxil olmaqla müxtəlif sənətçilərin karyeralarının inkişafında mühüm rol oynamışdır. Manenin xalis sərvəti onun rekord leyblinin uğuru sayəsində əhəmiyyətli dərəcədə artdı. Gucci Mane musiqi karyerası ilə yanaşı moda dünyasına da girib.

Ancaq Keyshianı niyə önə çəkirəm. Səbəbi var. Bunun çox maraqlı bir tarixçəsi var. Mane türməyə düşdükdən sonra qız sevgilisi olan Keyshiaya 2 milyon pul verir. 3 il içəridə yatıb çıxdıqdan sonra Keyshia bunu 6 milyon eləmişdi. Nadir görünən haldır. Burda nə desən var. Sədaqət, bağlılıq, tutqu, sevgi, gözütoxluq, biznes düşüncə və sairə. Maraqlıdır ki, o necə 4 milyon artıra bildi. Ilk başda bildirim ki, özünün əsasını qoyduğu Ka’oir Cosmetics and Ka’oir Fitness bizneslərinə yatırım etdi. Doğru da etdi. Hər ikisi də bugün də mövcuddur və qazançlıdır. 2011-ci ildən sosyal medianı doğru istifadə etdi. Strateji qərarları doğru oldu. Həm instagramda həm də digər platformalarda ciddi satışlar əldə etdi. Marketinq strategiyası elə mövcud əlindəki resursları doğru qiymətləndirmək oldu. Belə ki, həm influeserləri həm də tanınmış simaları öz brendləri ilə təsdiq(endorse) etdi. Nəzərə alaq ki, maliyyə idarəetməsi də güclü olub. Bir də bu işin içində ilahə ədalət də var. Gucci sonradan kitabında eynən belə yazırdı:

“O, həbsimdən sonra mənim bütün telefon zənglərimə cavab vermişdi. Keyshianın telefon pulu mənim həbsxanadan olan bütün zənglərimə görə sadəcə gülünc idi. Hər şey bir kənara, o, yenə də mənə kömək etmək istəyirdi”, – Gucci kitabında yazıb. Görünən odur ki, bir dəqiqə belə Keyshia Guccini tənha qoymayıb və zənglərin də ciddi ödənişi olub. Sonda da mükafatını alıb. 2017-ci il

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1