Nə olursan ol, ortalıqdan Zamiq olma!

Yaxın günlərdə yaşadığım bir neçə hadisədən gəldiyim qənaətləri sizlə bölüşməklə, bir çox məqamı diqqətə almağınızı töfsiyə edirəm. Bəzi məqamları da şahid olmuşam.

-Yaxşı və pis yoxdur. Maraqlar var. Üst üstə düşürsə, yaxşı, üst üstə düşmürsə, pis olur.

-Təmkinli ol, təmkin göstərdiyin yerdə hadisələr öz axarında irəlilədikcə sənin lehinə olacaq. Çünki, gerçəklər zaman istəyir.

-Unutma, bir şəxsə güvəndiyin halda və ona dəfələrlə sirr verdiyin zaman, o demək deyil ki, o hər zaman sənin sirrini qoruyacaq və nəticədə, heçkimə deməyəcək. Əsla, o bir gün deyə bilər. 100 sirrini uzun müddət də özündə saxlasa da, 101-cini ilk anda deyəcək. Marağı arya girincə çox zaman belə olur.

-Allah Təala da susur. Sus. Susmaq heç də pis hal deyil. Susmaqla, Allah Təalaya bənzəyə bilməzsən, amma onun kimi davranış ortaya qoya bilərsən. Hüzuru susmaqla əldə edə bilərsən. Susulmalı yerdə sus. Susulmalı mühitdə sus. Susmaqla, ən azından 14-cü Lüdoviq kimi uzun zaman mövqeyini qoruya bilərsən.

-Üzləşmə, mütləq iki tərəflə ayrı ayrılıqda, məsələ və durumlar müzakirə edildikdən sonra baş tutmalıdır. Əks halda, içindəki eqoist və tək tərəfli düşüncələrinə xidmət etmiş olarsan. Sənin böyüklüyün o halda sorğulanar. Sən, böyük olmağı unut!

-Üslubu qoru. Qorumasan, önündəkinin üslubuna çevrilərsən. Sən sən olmaqdan çıxarsan. Olarsan ötəki, özün yox! Hansı halda hansı üslübu ortaya qoyacağını bilməlisən. Bilmirsən, öyrən. Soruş, soruşdur. Xəbər al. Xəbərdar ol. Bizə də öyrət, öyrətmələ ötür!

-Yazmışdım, öncəki bloqlarımdan birində. Hər deyilən söz sənə əmanətdir. Qoru onu! Qorumadığın halda sən öz marağın üçün istifadə etmiş olarsan. Nəticəsi, mənfi hallar yaradırsa, mütləq ki, mənfur marağın və ya əzikliyinə xidmət etmiş olar. Onda, sən ortalığın Zamiqi olacaqsan!

Hərkəsin, pis dediyi insanlar, əslində, hərkəsin pis olduğunu güzgü kimi hərkəsə göstərir. Yaşa səni ey pis insan! Sən, daha böyük işlər görmüş olursan! Və davam et!

Məşhur bir deyim var, ya ov ol, ya ovçu həyatda. Ancaq ovu ovçuya aparan tazı olma!

Bu arada, tazılar sürətli və səssiz olması onları ova görə cazib edib. Saatda 72 km qaça bilirlər. Üstəlik, ovunu yemir. Yeməz. 26 çeşidi var. İtlərdən ayrılıb, ayrıca sinif yaradıblar.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1