Əyilmək feilindən bugün danışacağıq. Şamxalla. Hər biriniz mütləq ki bu cümlələri, əmrləri eşitmisiniz:
Əyilmə onun qabağında, o kimdir ki? Əymə özünü, dik dur! Əyərəm səni! Niyə əyilirsən? Əyilməginən! Əydirmə özünü! Mən əyilən oğlan deyiləm! və sairə və sairə. Əyilmək, ən pis fel kimi fikir yaradılıb bizdə. Həqiqəətn yaradılıb. Yəni, bizdən öncə valideynlərimiz, qohumlarımız, qonşularımız, məktəbdə müəllimlərimiz bu feili bizə çox yanlış tanıdıblar.
Eduard Şevardnadze, Qızılgül inqilabında xalqının önündə başını əyib getdi postundan.
Dondurma qiymətini bir neçə qəpik qaldıran yapon sahibkar başını əyib, üzrxahlıq etdi.
Dünənə qədər evlərimiz tikiləndə qapı alçaqdan qoyulurdu ki, evə gələn qonaq əyilsin keçsin, ev sahibinə ehtiramını bildirsin.
Donald Trump, çıxışı zamanı, başını əyməsə idi sola, öləcəkdi güllə yarasından. Sağ qulağını çizdi.
Əyilməsən, səngər də sənə yardım etməz.
Əyilməsən, boulinq oynaya bilməzsən.
Əyilməsən, təyyarənin motorunu, yəni mühərrikinə daxil olmadan təmir edə bilməzsən.
Ağac yaşkən əyilir, misal söyüd ağacı, niyə əyilir? Suya çatsın, əyilir ki, suya çatsın.
“On the Origin of The Species by Charles Darwin”, bu əsərdə Darvin dünya yarandığından bəri olan dövrdə irqlərin təkamül prosesindən bəhs edir. Orda bir fikiri çox bəyənmişdim. Təkamül Prosesindən keçmək(İce Age-dən keçmək) üçün çox ağıllı və güclü olmağa ehtiyac yoxdur. Dəyişən vəziyyətə sürətli adaptasiya olmaq lazımdır. Nə dinozavrlar, nə mamontlar, nə də digərləri öz irqlərini davam etdirə bilmədi. Görürsünüz, çox güclü olmaq və çox ağıllı olmaq heyvanları hər zaman qurtarmır. Ancaq sürüngənlər bu təkamüldən keçə bildilər. Əyilənlər həyatda qala bildi. Bu iş dünyasında da belə bir deyim var *Too Big too Fail* ifadəsi, hansı ki, Blackberry və Nokia bunlara əyani sübuttur. Bu fikir 2008-ci il Dunya Böhranından ortaya cıxdı. Özündə bu fikir kaptalizmin batana bat demək prinsipindən çox uzaq idi. Big yəni böyük holdinqlərin və şirkətlərin iflası ölkəni dərindən sarsıda bilər. Ancaq böyüklükdən manevr qabiliyyəti olmayan, hərəkət edə bilməyən və adaptasiya ola bilməyən, və həmçinin özünü yeniləyə bilməyən şirkətlər iflasa layiqdir. Nokia, Blackberry özlərindən kənarda gedən proseslərə adaptasiya ola bilsəydilər yenə də öz bazarlarının dominantları olardılar..
Bildirəcəksiniz ki, bu əyilmək fiziki mənadadır. Halbuki, bu əyilmək yəni qürürlü olmaq, təkəbbürlü olmaq, kürəyini yerə verməmək kimi anlaşılmalıdır deyəcəksiniz. Düz də deyirsiniz. Ancaq əzizlərim, valideynlərimiz bizi bir çox halda əyilməməlisən deməklə, nə qədər bizi çətinə salıb. Qürürlu olmağımız, nə qədər bizi mürəkkəb durumlara salıb. Çox demirəm, elə Molla Nəsrəddin kiçik hekayəsindən misal çəkək. Bir gün, Molla başqa bir kəndə toya gedir. Eşidir ki, toy mağarının qarşısında münaqişə gedir. Mövzu da odur ki, bəyin boyu çox uzundur, mağara girə bilmir. Təklif isə budur ki, ya mağar dəyişilməlidir, ya da qapı böyüdülməlidir. Molla, yerində yaxınlaşıb, eynən belə cavab verir:
Əyilib keçsin!
2 Rəylər
Çox bəyəndim həqiqətən!Keep going!
Salam Turanə,
Minnətdaram.
Hörmətlə,