O kloun mənəm!

Keçən dəfə maraqlı bir görüşümüz oldu və onun gəldiyi bəzi fikirləri sizlə də danışmaq istərdim. Alıntıları qısa edəcəm. Çox maraqlı nüanslardır. O deyir;

70 və 80-ci illərin valideynləri övladlarını tanımırlar. Övladlarını dostlarından tanıyırlar və soruşurlar. Qarabağ şəhidlərindən bildik bunu. Qarabağda şəhid olan şəhidlərimizin valideynlərinə suallar verəndə ki, oğlun nəyi xoşlayırdı, nəyi xoşlamırdı? Cəsarətli olmağı nəyə bağlıdır? Analar, atalar cavab verə bilmirdi çox halda. Suallara cavabı əsasında dostları cavablandırardı. Onlar sizin övladlarınızı sizdən daha yaxşı tanıyır. Çox təəssüf, bu acı gerçəkdir.

Sual olunur ki, övladların necədir? Cavabı çox ilgincdir. Özümü övladlarımın statuslarında görürəm. Yəni, övladlarımın mənə oxşadığını statuslarından bilirəm. Övladlarımız bizim tamamlanmamış hisslərimiz və davranışlarımızdır. Onlarla da az danışıldığı üçün ünsiyyətdə qopuqluq yaranır. Fikir bölüşmürlər, elə düşünürlər ki, onları başa düşməyəcəyik. Danışmırlar mənlə, deyirlər ki, onsuz da bizi anlamayacaqsan. Evdə istər ata ol, istər ana. Valideynlə övlad arasında dərin uçurum, dialoq uçurumu gözlə aydın görünür.

Yaxşılıq, cəzasız qalmır. Mənası nədir? İnsanlar yaxşılıq edirlər, bu sənə elə yaxşılıq kimi qayıtmalıdır, amma qayıtmır, əvəzində qayıdır pislik. Pislik qayıtdığına görə (bu cümləni Viktor Hüqo Səfillərdə istifadə edib) elə bu cümlə çıxır ortaya. Heyf ki, bu çox hallarda da belə olur.

Daha bir hekayəni dialoq şəklində aydınladım, depresiyada olan şəxs psixoloqa gedir və aşağıdakı dialoq yaranır.

-Mən depresiyadayam, necə çıxım cənab psixoloq depresiyadan?

-İrəlidəki restoranı görürsən? İçəridəki klounu görürsən? Yaxınlaş ona və ona salam ver, necəliyini soruş?

-Cənab psixoloq, o kloun mənəm!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1