“Stoikin gündəliyi” kitabından martın 20-si ilə bağlı başlıqda “Hazır və evdə” məqaləsini oxudum. Diqqətimi çəkən bir şəxsin adı onu araşdırmağıma səbəbiyyət verdi. James Abram Garfield. Ceyms Qarfild ABŞ-ın 20-ci prezidentidir. Öldürülüb. Güllə yarasından. Həkimlərin səhvi ucbatından alınan güllə yarası daha da dərinləşib və hətta əlini yumayan həkim infeksiya qapdırıb rəhmətliyə. Buracan məni çox da maraqlandırmasa da, maraqlı hissəsi bunun bəzi tarixə keçən insani düşüncələridir.
Adam bildiyiniz təvazökar və böyük bir insan olub. Qısa dövrdəki çıxışları ağıllara qazınıb. O bir münaqişə zamanı eynən belə deyir, əlbəttə mən müharibənin əleyhinəyəm, lakin o qapımı döysə, mən evdə olacam. Yəni bu adama qorxaq deməyin. Bərk yanılarsız. Vətəndaş müharibəsində şücaətlərinə görə general mayor adını almış adamdır. Davamında, Seneka tamamlayır, evdə olarkən, gərək qapımız döyüləndə onu açmağa hazır olaq. Gecə gələn gözlənilməz qonağı qarşıladığımız kimi yox, vacib bir adamı gözlədiyimiz kimi… Yaxşı geyimdə, düzgün əhvalda və hərəkətə hazır vəziyyətdə.
Seneka da bunu deyir, bəlaya düçar olmağı arzulamaq üçün gərək axmaq olasan. Sanki, rəhmətlik Senekanı oxumuşdur, məlumatlı idi. Seneka davamında bildirir, məsələ bəladan qaçmağı arzulamaq deyil, bəlaya dözmək üçün özünə ləyaqət arzulamaqdır.
Ceyms bildirir, mən özümü əsl kişi etmək istəyirəm və buna nail olsam, qalan hər şeydə uğur qazanacağam. Doğrudan da, o fərqində idi ki, hər şey insanın özündən başlayır. Özü nail olduğu keyfiyyətləri, o başqalarına ötürə bilər. Bir digər sözü də maraqlıdır, həqiqət səni azad edər, amma əvvəlcə səni bədbəxt edər. Həqiqətin gətirdiyi kimi götürdüyü şeyləri də nəzərə almalısan.