Alışqanın tez tez siqaret yandırmasını düşünün və hər yandırılanda onun səsi, kiməsə ciddi şəkildə əsəb verdiyini yeni öyrəndim. Səbəbi isə, tam bir sirr kimi. Ən yaxın həyat yoldaşınızın uzun illər tualetdə, zirzəmidə, həyətdə, damda gizlincə narkotika istifadəsindən irəli gəlir. Ağla gələr heç. Onun hər dəfə istifadədən öncə istifadə etdiyi alışqanın səsi, digər yaxın insanında ancaq travma, əsəb və hirs yaradır. İnsanlar ümumilikdə böyük bir yanıltıya uğradır bizi. Yaşanmışlıqları ilə verdikləri görüntü kəskin fərq verə bilir.
Sevinc hissini itirən insan, onu necə yenidən əldə edə bilər və ya bərpa edər? Düşünün ki, çox qazandıqca difər mənbələrdən gələn az qazanca sevinmədiyinizdə bununla necə baş edə bilərsiniz? Metaforadan. Ədəbiyyatdan bizə məlumdur artıq. Metafor köçürmə mənasını daşıyır və çox da töfsiyə olunur. Hesab edin ki aylıq 5000 azn pul qazanırsınız və 200 azn gözləmədiyiniz yerdən gəlir əldə edirsiniz. Bu halda sevinc hissini yaşamadığınızda bu miqdarı çevirin ümumən kitab alışına. 50 kitab almısınız desək, bu halda onu məktəb kitabxanasına hədiyyə etsəniz, məktəblilərin orda oxuması sizə sevinc vermiş olacaq. “Üzü günəş kimi işıq saçan məktəbli sevincini valideynlərinə bildirsin” bu təşbehdir. Metafor isə, “Günəşim sevincini valideynlərinə bildirsin”.
Bir gündə bir neçə reabilitasiya mərkəzində ziyarətdə olduq. Bu işdə Ceyran Soltanova və Şəhla Alışova əsl komanda yoldaşları və tərəfdaşlardır. Bütövlükdə təşəbbüs Ceyran xanımdan oldu. İlk təklifdən yox deməyən Şəhla xanım da iş təcrübələrini bölüşməkdən çəkinmir və heç yorulmurda. Həm kitab hədiyyə etdik, həm də seminarımız oldu. Təmiz Həyat rehab mərkəzi xüsusi diqqətimi çəkdi. Mərkəzdə Tərlan bəy rəhbərlik edir. Onun peşəkar və işini sevən, məsuliyyətli gördüm. Çox sevindim. Dəyərlidir. Onunla fərqimi gördüm və sizlə bölüşmək istərdim. Mənim seminar vaxtı fikirlərim və təcrübələrim teorik və empirik olsa da, onun fərqi isə daha ali olan yaşanmışlıqla bağlıdır. Həm oyun, həm alkoqol, həm də narkotik istifadəçisi olaraq bütün bu yaşadıqları onu məndən daha faydalı bilgilər və tətbiqlərə çəkir. Burada xatırladığım, Aşık Veyseldən bir söz yadıma düşdü. Var yaşamaq, var yaşanmışlıq. İndi yüzlərlə insana tam dəstək olur.
Mərkəzləri ziyarət zamanı anladığımız bir neçə başlıqları sizlə bölüşək. Əksəri güclü manipulyatordır. Fərqindəlik daha aşkar görünür. Zəif yönlərinizi dərhal görər. Eqoist və narsist insanlar da az deyil. Eqo bir çoxunda tavan. Uşaqlıqları sözə baxmamaq, yalan danışmaq və davakar olmaları, məktəbdən qaçmaq, ona buna sataşmaqdır. Üzücüdür. Ağlımıza gəldi ki, bu mərkəzlərə gənclər, yeniyetmələr infotur çərçivəsində gətirilsin və onlar bu eşitdiklərimizi birbaşa zərərçəkən insanlardan eşitsinlər. Bir nevi şahid olsunlar. Utanmaq hissi və ya kompleks görmək demək olar mümkün deyil. Açıqca gerçəkləri deyərlər. Sevdim onları, çox mehriban qarşılayıb, çaylarını və şirniyyatlarını əsirgəmirlər. Yeməyə də dəvət edirlər.