Bugün Elçinlə bir çox mövzunu müzakirə etdik. Maraqlı başlıqları sizlə bölüşürük. Şüarımız, bu müzakirələr masada qalmasın, sizlərə ötürülsün.
Mafiya oyununda yeni gələn yoldaşların ad və soyadının götürülməsinin önəmliliyini söylədi, səbəb kimi, zamanla beynimizin yaddaşının bizi tərk etdiyini və unutmağa şərait yaratdığını dəlalət gətirdi.
Parkinqlərdə əməkdaşların adlarının öyrənilməsi və onlara adları ilə müraciəti onların varlığını ortaya qoyur. Özlərinə qarşı diqqət görürlər və geri dönüş möhtəşəm olur. Sizə qarşı xüsusi diqqət göstərilir.
Kiçiklərin böyüməsi daha qalıcıdır. Daha etibarlıdır. Kiçiklərdən gəlir böyüklər. Böyümə kiçikdən gəlir. Lakin, böyümələr var, çox kiçilir. Böyümə son olur. Sona doğru gedir. Kiçikdən böyüyə hər zaman gedilən yol daha istiqrarlıdır. “Küçək”dən, kiçik ortaya çıxır. Burada da “kiçik” sözü farscaya aid edilmişdir. Bu söz əslində əski türkcə “kiçi-” feilindəndir. Bu kök bu gün “kiçik-” kökdə yaşayır. Bumeranq sözdür. Farsca bizə təzədən geri verib.
Kiçikdən söz düşmüşkən, Benjamin Franklin effektini gözdən keçirək. Yaxşılıq etdiyimiz insanlara daha çox bağlı qalırıq. Bencamin Franklin həmişə deyərdi: “Bir dəfə yaxşılıq etdiyiniz insan, sizə həmişə daha böyük yaxşılıqla cavab verməyə hazırdır”. Bu psixoloji effektin əsas məğzi, insanın başqasına yaxşılıq etdikdən sonra, həmin insanın özünü daha yaxşı hiss etməsi və nəticədə ona qarşı daha müsbət münasibət bəsləməsidir. Başqa sözlə, bəzən insanlar başqalarına yaxşılıq etdikcə, həmin şəxslərə qarşı duyğuları və münasibətləri dəyişir və bu da qarşılıqlı əlaqələri yaxşılaşdırır. Effektin başqa bir açıqlaması, insanların birinə yaxşılıq etdikdən sonra, o insana qarşı daha müsbət hisslər bəsləmələridir.
Oruc tutan bütün müsəlman qardaşlarımıza tutduğu orucların Allah qəbul eləsin.