John Deloreanı nə məğlub etdi?!

Eqo düşməndir kitabından, hakimiyyət hərisi olan narsist öz gələcəyini təhlükə altına qoyur və proses zamanı digər adamların milyonlarla pullarını batırır. Bu günlərdə bir neçə belə yoldaşlar görürəm. Sırf narsist davranışlar ortaya qoyurlar və özlərindən çox kənarlarındakı adamlara zərər verirlər. Narsist, özlərinin “xüsusi” və ya”seçilmiş” olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan, empatiyası olmayan davranış tipidir. Kitabdakı bu narsist, elə John Deloreandır ki, uzun illər gözəl işlərə imza atdı General Motorsda. 1973-cü ildə şirkətdən ayrılıb öz şirkətini qurdu və özü ilə birgə nə qədər insanın pullarını göyə savurdu. İş o yerə çatdı ki, kokain daşınmasından hökm yedi. 4 dəfə də ailə qurdu. Rumın və macar köklüdür. Çalışın dostlar dövrümüzün John Mcloreanın arxasınca gedəcək növbəti qurbanlar olmayın.

Burda yenə Dunninq-Krüger effektinə deyinəcəyik. Hər şeyi bacarmaq, qüsursuz olmaq və özü haqqında yüksək fikirdə olmaq. Bütün bunlar narsist insanların daşıdıqları əlamətləri də xatırladır. John Mclorean da bacaracağını düşündü. 1985-ci ilin filmi olan Back to the Future filmindəki zaman avtomobili də DMC ilə bağlılığından populyarlıq qazanmışdı.

DeLorean əslində dahi idi, dərsindən 5 idi. Amma və lakin, bir kəsin istedadlı olması onu uğurlu etməz, onu necə istifadə etməsi uğurlu edə bilər. DMC şirkətində yalnız lakey xislətli adamlarla işləyir və onların kor sədaqətini işguzarlıq və qabiliyyətli kimi qiymətləndirirdi. Deloreon özünü idarə edə bilmirdi, o ki, qaldı başqalarını idarə etsin. Delorean mənaca dəfnə, dəfnədən mənasını verir.

Biz əvvəllər üsyan etdiyimiz şeylərin yaşlı nəzarətçilərinə çevrilirik. Unutmayaq, öz sahənizdə uğurlar əldə etdikcə məsuliyyətlər də dəyişir. Bir zaman sonra sadəcə qərar qəbul etməyə zaman ayırırsız.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1