Bukovski, rus dayə və tək sual!

Bugün uşaqlarıma sual verdim ki, xoşbəxtlik nədir, cavablardan biri, oğlumunku, daha maraqlı gəldi mənə. Məsələn, o deyir ki, xoşbəxtlik içki içməmək və ya sağlam yaşamaq, ya da siqaret çəkməməkdir. Anladım ki , nə ona məsləhət görmüşəmsə, onu da mənə geri qaytarıb. Doğrudan da, görünən odur ki, hərkəsin anladığı xoşbəxtlik bir birindən kəskin fərqlənə də bilir. Dəqiq tərifi yoxdur. Qızım isə daha çox düşündürücü və gözlənilməz fikirlər ortaya atmış oldu. Burdan da gəldiyim qənaət o oldu ki, heçkim göründüyü kimi deyil və bəzən ən yaxınlarımızı belə dərindən tanımırıq. Bir daha aydın oldu ki, biz ən yaxınlarımızla dərin müzakirələrə qərq olmuruq.

Bir yoldaşımızla yaxınlarda bir söhbətdə mənən azərbaycanlı və rus dayə arasındakı fərqi bildirəndə, israrla dedi ki, baxmayaraq birinci adı çəkilən dairə fiziki hərəkətlilik və can yandırma əlamətləri sərgiləsə də, ikinci adı çəkilən dayə az işlə daha çox effekt, yəni nəticəli iş görür. Belə ki, uşaq qaçır şkafa tərəf və sürmələri açıb ordan bıçaq və ya çəngəl götürməyə çalışırsa, tez birinci dayə onun arxasından yüyürür və əlindən almağa çalışır. Həyəcan keçirir və həyəcan yaradır. İkinci dayə isə tam əksinə, heç kefin belə pozmur, əhvalı belə dəyişmir. Uşaq sürməni çəkir və orda nə bıçaq tapır, nə də çəngəl. Valideyn bu fərqi dərhal görür.

Ç. Bukovski deyir ki, eşq gərçəkliyin ilk rüzgarında, ilk dalğasında dağılan toz bulududur. Gerçəklik eşqlə birgə yürümür. Bir araya ikisi gələ bilmir. Çirkli realizmin banilərindən olan Bukovski, çılpaq gözlərlə eşqlə bağlı həqiqəti önümüzə sərmiş olur. Düşünməyək, Andernaxda doğulan bu alman mənşəli, Bukovski, quru və hisslərdən yoxsun olub. Tam tərsinə, məktəb illərində müəlliməsinə gəl sevişək deyən bir şagird olub. 45 əsəri ilə gözlərini 1994-cü il martda əbədi yumdu. İncələməyə dəyər bu zatı.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1