Fariz bəylə yenidən eyni məqsədlə podkastda bir araya gəldik. Bu dəfə isə müzakirə edilən yeni başlıqlar çox oldu. Maraqlı fikirləri paylaşıram. Zaman necə gəldi və necə keçdi heç də fərqinə varmadıq.
- Dediyinin arxası gəlməlidir.
- Məsəllərlə danışın.
- Ağıllı insanlara oxşamağa çalışıram.
- Sən kimsən? Düşüncə oğrusu!
- Hər bildiyimi demirəm, nə dediyimi bilirəm
- Nə eşidirsə deyir!
- Qızıl xətt mənim sığortamdır.
- Nə fikirləşdiyinə öhdəlik daşımıram.
- Düşüncə istehsalçısına oxşayırsan.
- Həyatı Mafiya oyununa oxşadıram
- Deyir ki…
- Ən yaxın dostu telefonudur.
- Ətrafım gözəldir.
- Hər an zədələnmək asandır.
- Fikir yox, insan hörmətə layiq olmalıdır.
- İçindəki uşağın məsumiyyətini artırmaq lazımdır.
- Allahı düz başa düşüb düşməməkdir.
- Mütləq bizi cəmiyyətdə narahat edəcək şeylər olacaq.
- Antuan de Sent-Ekzüperi nin Balaca Şahzadə əsərində deyir, əsas olanı gözlə görə bilməyəcəksən. Burda qəlbə işarədir. Qəlb gözüylə görmək.
- Yarpaq nə rəngdədir? Hansı fəsildə?
- Ölüm yoxluq deyil, başlanğıcdır. Fatiha sürəsi buna gözəl nümunədir.
- Məqsəd və hədəf. Hədəf kiçikdir.
- Sonra travması yaşamışam.
- Kefsizlik naşükür haldır.
- Xeyrə çatmaq ayrı, pula çatmaq ayrı.
- Hər ana şükür etsən, cahil olarsan.
- İnsan bilmədiyi şeyin düşmənidir
- Arzudan arzu doğur, arzu arzunu boğur.
- Bilmirəm ki…
- Nəyi öyrənəsən? Bilgi bilgiyə mane olur. Nə oxumalıyam?
- Bu mənə nə verir? Həm maddi, həm mənəvi…
- İnsan tək olmaya bilər, amma tənha ola bilər.
- Təşəkkür üçün detallara girilməlidir.
- Haqla batilin arasında 4 barmaq var.
- Problemim var demə, bir məsələm var.
- Halın düzəlsin, işin düzəlsin
- Problem məni gücləndirmək üçündür.
- Nə baş verirsə xeyrədir.
- Keçmişdə qalmaq, ölü vəziyyətdə olmaq.
- Anbara girəndə neqativləri silməliyik.
- Anda olmaq, onda olmaq.
- Bir dahaki sefere kralsın be oğlum( Cem Yılmaz, Rekarnasyon ilə bağlı sözü)
- Görəsən mən 70 yaşa çatacammı?
- Yaşanmamış bir ömür.
- Bir neçə quru seçməlidir.
- Sən öz hekayəni yazırsan.
- Övladlar valideynlərin mübahisələrinə şahid olsa yaxşıdır. Onlar da şübhə yaranmaz.
- Suüzən ayrı hüsnüzən ayrı. 70 yaxşı yerə yoz.
- Jim Carry-nin bir filmində, qiyabi yaradılan Allah obrazının dediyi söz yerinə düşər, Onlar məni düz başa düşmədilər!
- Şübhə gələcəklə bağlıdır. Nigarançılıq 90 faiz olmur.
- Ən pis hal, inanclı olasan və ondan istifadə edəsən.
- Bəs deməyənə, qalib gələ bilməzsən.
- Nə ucuz almısan bu dərsi! Bunla yaşa!
- Nə yaxşı öldürən mən deyiləm!
- Görəndə dərk etmirsən, dərk edəndə görürsən!
- Öyrənəndə öyrənərəm, öyrədəndə öyrənirəm!
- Eqonun özgüvəni itirmədən özünü tərbiyə etməsidir.
- Nəticədən asılı olma!