İkiqay qərbə gec gedib çatan şərq fəlsəfələrindən biridir. Mənaca, hər zaman məşğul və aktiv olmaq xoşbəxtliyi deməkdir. Okinava adasındakı uzunömürlü insanların görəsən, saf su, təmiz hava və ya saf qidalanması ilə bağlı olduğunu düşünürsünüz? Shikuwasa(tərkibində antioksidant olan) meyvəsi yoxsa morinqa çayımı?
Oqimi kəndində yaşayan insanlarla üzbəüz söhbətlər və sorğular yuxarıdakı ciddi şəkildə rədd etdirdi. Onlara hava və su kimi, daha çox ikiqay çox təsir edir. Baxmayaraq, ikinci dünya müharibəsinin sonunda yüzminlərlə insan öldü. Zərrə qədər bu insanlarda kin və küdurət görünmür. Əksinə, içariba çod düşüncəsi var. Mənaca, haradan gəlməsindən və tanıyıb-tanımamasından asılı olmayaraq, hər kəsə doğma münasibət bəslə.
Araşdırmacılar, bir məqamı da öyrəniblər, burdakı insanların uzunömürlülüyünün əsas səbəbi həm də kollektivçilik duyğusunun güclü olması olub. Onlar bir birlərinə bir çox işlərdə kömək edirlər. Lars von Trierin, Dogville filmindəki, o biabırçı kollektiv düşüncəsindən çox uzaqdır bu fəlsəfə. Adı da yuimaarudur.
Yaponlara görə, hər insanın öz ikiqayı var. Fransızlar buna raison detre deyir ki, mənaca, yaşama səbəbi, ya da həyatın mənası deməkdir. Biriləri çox uzaqda axtarır, şanslılar tapıb, ancaq axtarış elə onların daxillərindədir.
Yaponlarda təqaüdə çıxmaq sözünün qarşılığı yoxdur. Belə ki, onlar bir ömür işləyirlər, yaşlansalar da. İşləyirlər, işləyənə qədər.