Üslub sözünün bu aralar çox istifadə edirəm və dərinliyini görmək istəyirəm. Mənaca bir neçə çalarda birləşir. İlk mənası, yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideya bədii xüsusiyyətlərin, fərqlənmə əlamətlərinin vəhdəti; stil. Xüsusiyyət və fərqlənmə xüsusiyyətləri əsas məna yükləri dəyişir. İkinci mənasında, ümumiyyətlə, üsul, tərz mənaları daşıyır.
Hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadə üsulu. Bu hər iki mənada ifadə tərzi, yol, biçim, tərz mənalarını daşıyır.
Bir başqa məqalədən isə görürük ki, buna yunancadan dilimizə keçmiş stil kəliməsi də qoşulur. Stil termini yunan dilindən latın dilinə keçmiş “Stilus” sözündən olub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı manerası “Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi və şərtləndirilir.
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Üslub fərdidir; müəllifdən müəllifə dəyişir. Aristotelə görə, yazıçıların sayı qədər üslub növləri var. Yenə Buffon: “üslub yazıçının özüdür.” O deyir.
Keçmişdə üslub; Üç növə bölünür: düz, bəzəkli və ali:
1) Sadə üslub: Didaktik yazılarda təsirsiz və naxışsız, danışıq dilinə əsaslanan üslub.
2) Bəzək üslubu: Nitq fiqurlarına və semantik oyunlara əhəmiyyət verən üslub.
3) Yüksək (ülvi) üslub: Fikir və hisslərin ülviliyinə, mənanın möhkəmliyinə və düzgünlüyünə, sözlərin fərqliliyinə önəm verən üslub.
Bu gün üslub anlayışında bu fərqlər və ya təsnifatlar öz qüvvəsini itirmişdir. Bu gün müasir tənqiddə üslubun aşağıdakı təsnifatı aparılır:
Bu gün üslub anlayışında bu fərqlər və ya təsnifatlar öz qüvvəsini itirmişdir. Bu gün müasir tənqiddə üslubun aşağıdakı təsnifatı aparılır:
Müəllifin adını daşıyan üslub (Homerin üslubu kimi).
Dövrdən asılı olan üslub (məsələn, orta əsrlər üslubu).
Dildən asılı üslub (məsələn, german dili).
Mövzu ilə əlaqəli üslub (məsələn, fəlsəfi üslub).
Ölkədən asılı üslub (məsələn, Provans üslubu).
Oxucu-resipient icmasına uyğun üslub (Populyar üslub, sosialist üslub)
Əsərin məqsədindən asılı olaraq üslub (məsələn, sarkastik üslub).
Bunlardan başqa üslubun formalaşmasında təsir və aktuallıq kəsb edən amilləri də nəzərdən qaçırmaq olmaz: müəllifin ədəbi-bədii ənənəsi, ədəbi-bədii anlayışı, siyasi baxışları, müəllifin yaşı, kişi və ya qadın olması, şəxsi psixoloji quruluşu, xasiyyəti, xarakteri, təhsili və öyrədilməsi, dilin mənsub olduğu dil qrupunun linqvistik xüsusiyyətləri, xarici mədəniyyət və dillərlə münasibəti, oxucuya münasibəti, cümlə quruculuğu…
Dostlar sizin üslubunuz nədir? Özünüzü təsvir edin və mənlə də bölüşün.