“Başqa cür hərəkət etmək lazımdır!”.

Yuxarıdakı söz birbaşa Leninin qardaşının edamından sonra ətrafındakı adamlara pıçıldayaraq dediyi tarixə düşən sözdür. Ümumiyyətlə Leninin əsl tam adı, Vladimir İliç Ulyanovdur. Lenin sözünün mənası Elena, Lena adlarından, ya Lena çayı, ya da Lev Tolstoy ilə bağlılığı var. Maraqlısı odur ki, atadan çuvaş, ana tərəfdən kalmık qanı əsasdır. Rus, yəhudi, alman, isveç qarışıqlıqları da var.

Bugün 21 yanvar onun ölüm ilidir. Maraqlı gəldi bu zat. Sürgün illərində ciddi mütaliə və əsərlərini yazır. Eyni zamanda Krupskaya ilə də orda ailə qurur. Maraqlıdır ki, Nadejda Leninlə tanışlığa qədər heçkimsə ilə yaxınlığı olmamış, aristokrat ailədən gələn soylu bir qız olmuşdur. Onu da deyim ki, qızıl medalla bitirmiş və hər zaman özündə bir xanım olmuşdur. Çox qənaətcil və lüksu sevməyən qadın idi. Basedow xəstəliyinə görə heç bir zaman övladı olmur. Gələk Leninə. Latınca və yunanca əla, almanca, fransızca və ingiliscə qənaətcil bilib, yəni kafi. Onun atasının beyin qanaması, qardaşının asılması, bacısının sürgün edilməsi və də digər bacısının xəstəlikdən ölməsi bu 3 faciə ard arda baş verdikdən sonra Lenin çox dəyişir. Bəzi maraqlı fikirlərini burda bölüşürəm:

  • Ümumbəşər mənəviyyatı adlı bir şey yoxdur, yalnız ayr-ayrı siniflərə məxsus mənəviyyat var. Proletariat mənəviyyatına əsasən kommunizm inqilabının yerinə yetirliməsinə şərait yaradan nə varsa mənəviyyatdır (“Bizim əqidəmiz proletariatın sinfi mübarizəsinin maraqlarına tamamilə tabedir”). Buna əsasən inqilabın baş verməsi üçün ən ağır fəaliyyət də yol veriləndir.
  • İnqilab heçdə Marksın güman etdiyi kimi bütün dünyada eyni zamanda baş verməyəcək. O ola bilsin ki, əvvəlcə hər hansısa ayrıca bir ölkədə baş versin. Daha sonra bu ölkə digər ölkələrdə baş verəcək inqilablara kömək edəcək.
  • Marksın vəfatından sonra kapitalizm özünün son mərhələsi olan-imperializmə qədəm qomuşdur. İmperializm dünyanı öz aralarında bölüşdürmək istəyən beynalxalq monopolist ittifaqların (imperiya) yaranması ilə xarakterizə olunur, həmçinin nəzərə almaq lazımdır ki, dünyanın ərazi kimi bölüşdürülməsi sona çatmışdır. Beləki hər bir imperialist qüvvə öz gəlirini artırmaq istəyir, onlar arasında müharibə qaçılmazdır.
  • Kommunizmi qurmaq üçün arada bir mərhələ-sosializm zəruridir. Sosializmdə istismar yoxdur, həmçinin cəmiyyətin hər bir üzvünün bütün tələbatını ödəyən material bolluğuda yoxdur.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1