2500 il öncə yaşamış bir geneal olan Sun Tzu, stratejistdın tutmuş filosofa eyni zamanda Savaş sənəti əsərindən bəhs edəcəyik. Əslində bu da müzakirə obyektidir ki, bu kitab həqiqətən ona aiddirmi deyə, ancaq mövzumuz bu deyil, mövzumuz kitabın fəlsəfəsidir.
Taktikası olmayan strategiya, qazanmanın ən yavaş yoludur. Strategiyası olmayan taktika isə, məğlubiyyətin səsidir. Taktika ilə bir yerə qədər yeriyə bilərik, ümumilikdə günü qurtararıq. Strategiya ilə isə gələcəyimizi.
Rəqibini və özünü tanı. Əgər özünü və rəqibini tanıyırsansa, yüzlərcə savaşın nəticəsindən qorxmağına gərək qalmaz. Özünüzü düşməninizin yerinə qoysanız, onun kimi düşünərsiniz. Bu halda duruma tam hakim olarsınız. Öz güclü yönünü önə çıxar, rəqibinin zəif yönünün üstünə get. Ən önemlisi isə burda, bilgili olmaqdır. Savaşda bilgi çox güc daşıyır.
Qalib olacaq gələcək savaşçı, öncə qazanır, sonra savaşa girər. Məğlub olacaq savaşçı, öncə savaşa girər, sonra qazanmanın yollarını axtarar. Savaş sırasında fürsətlər çıxır və dəyərləndirin. Əla bir plan çox vacibdir.
Savaşda ən önəmli ünsur sürətdir, rəqib hazırlıqsızkən hücum edilməli, ön görə bilmədiyi yoldan gedilməli, gözləmədiyi anda vurulmalıdır. İlk hücumu et, sürətli et və zəif yerindən et.