80/20 prinsipi bir həqiqət kimi sizi azad edə bilər. Daha az işləyə bilərsən. Daha çox qazana və həzz ala bilərsən. Burada edəcəyin az miqdarda əsas məsələlər olacaq, əgər onların üzərində işləsəniz, onlar sizin həyatınızı dəyişə bilər.
Burada tək olan şey siz yalnız düşünməlisiniz. Digər gözəl yanı praqmatikdir, daxildən qidalanır və fərdin ətrafında formalaşır.
Arzu olunanın əldə edilməsi qeyri adi dərin düşüncə tələb edir. Dərindüşüncəlik dərin təhlil tələb edir, dərin düşünmə bəzən məlumatın toplanmasını tələb edir və bu sizin şəxsi həyatınızla əlaqəli olduğu üçün buna qismən az şəkilsə toxunulacaq.
Bugünün düşüncəsi tələsik, xeyir güdən, xətti( ağ və qara) və xırdaçıdır. Bu gün dünyanın düşüncə tərzi tez bir zamanda tədbir görməkdən ibarətdir və nəticə olaraq tam şəkildə iflasa səbəb olmuş vəziyyətdədir. Hərəkət fikri qovur.
Bizim hədəfimiz hərəkəti ikinci plana saxlamaq, sakit şəkildə düşünmək, qiymətli fikrin az sayıda kiçik hissələrini daha da xırdalamaq və sonra hərəkətə keçməkdir: ehtiyatla az sayda hədəflər üzərində işləməklə dar bir yolla getmək və mümkün olduğu qədər az enerji və az sayda resursdan istifadə etməklə heyrətamiz nəticələr əldə etməkdir.

William Wallace-in məşhur bir azadlıqla bağlı çıxışını bir çoxlarınız eşitməmiş olmazsınız. Ona deyir di,
“Döyüş, bəli ölə bilərsən. Qaçsan, bəli yaşayacaqsan, ən azından bir müddət. İllər sonra çarpayılarınızda ölsəniz, bu gündən o günə qədər bütün günləri bir şansa, o şans ki, bura(döyüş meydanına) qayıtmağa, düşmənlərimizə canımızı ala biləcəklərini söyləyə bilmək üçün zamanı dəyişməyə hazırsınız. Və beləliklə, onlar heç vaxt Azadlığımızı almağa qadir deyillər.