Mən yeni tanıdım- Bill Belichick- Siz də tanıyın!

Bu adı Eqo düşməndir kitabında rastladım. Dərinləşdirdim araşdırmanı. Bu adəmoğlu(əsli xorvatdır) 4 dəfə superkubok sahibi olmuş New England Patriots komandası üçün. Karyerası gedir 1975-ci illərə. Baltimor Coltsda məşqçi köməkçisi kimi işləyən Bill əslində öz strategiyaları və qalibiyyətləri baş məşqçinin adına yazılırdı. Olsun deyib keçirdi. Ta ki, özü artıq işini tam öyrənənə qədər. Bir nevi Bencamin Franklin kimi. Necə ki, yazdığı məqalələri qardaşının qəzetində ödənişsiz aylarla çap olunurdu. Əlqərəz Bill verdikcə zamanı gələndə almağa başladı. 

Digər məşqçilərdən əsas fərqi oyunların videolentini təkrar təkrar izləyirdi və oradan analizlərini edib, yeni baxış bucaqları formalaşdırırdı. Düşünün, adam nə qədər işinə doğru yolla bağlıdır. Baxış bucağını dəyişdirməyi nə gözəl həll edirdi. Təsadüfi deyil ki, məşqçilərdən biri onun haqqında deyir ki, O süngər kimi idi, hər şeyi özünə çəkir, bütün deyilənləri dinləyirdi. 

Hələ uşaq yaşlarında atası ona belə bir söz demişdi, Oğlum qulağına tana et dediklərimi, əgər məşqçiyə rəyini bildirmək və ya onun qərarına etiraz etmək istəyirsənsə, o zaman bunu təklikdə et ki, səndən yuxarıda duranın xətrinə dəyməsin. Robert Qrin necə demişdi, hakimiyyət kölgə sevmir!

İndi hardadır Bill Belichik. Zirvədə. Könüllərin zirvəsində!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1