Anteambulo-Yoltəmizləyən ol!

Mən yolkəsən kişinin oğlu deyiləm, tez tez nərddə eşidirik. Yol kəsmək, mənaca, birinə mane olmaq, əlindəkini oğramaq və sairə. Burdan görünən odur ki, tamamilə mənfi yüklüdür. İş həyatında da bunu çox sıxlıqla görürük. Vəzifə, güc, mövqe davası. Nədir bütün bunlar? Ancaq qarşısındakı insanın yoluna daş qoymaq və əngəllər yaratmaqla uğursuzluğuna  aparmaq. Bu yol deyil. Heç deyil. Yol hərəkətdir, almanca da Weg(der) kəliməsidir. bewegen isə hərəkət etmək, Bewegung(die) isə hərəkət mənasına gəlir. Qısacası, almancadakı yol sözü birbaşa hərəkət etmək feilində rol alır. Hərəkət birbaşa yol ilə bağlıdır.

Sağlam rəqabət və sağlam müqavimət olsun, yolda bu hallar yaşana bilər və yaşanmasında sıxıntı da görmürəm. Yeni bir kəlimə ilə tanış oldum. Anteambulo. Mənası yoltəmizləyən deməkdir. Anteambulo, Qədim Romada himayədarının önündə gedərək onun qarşısına çıxan maneələri dəf edir, mesajlar verir və ümumiyyətlə himayıdarının həyatını asanlaşdırır. Dilimizdə öncü də demək olar. İngiliscədə forerunner da deməkdir. Öncü olmaq gözəldir. Əvvəlki məqaləmdə də yazmışdım. Şerman bəyannaməsində bu mövzuya toxunmuşdum. 

Məsələ bura qədər. Sən anteambulo olduğunda 2 hal yaranır. Ya xidmət etdiyin adama zamanla nifrət edirsən, ya da onun zamanla sənə və çevrəsinin təqdim etdiyi imkanları lehinə dəyərləndirirsən. Yəni, epiqramçı Marsial da ola bilərsən, ya da zamanla sevdiyi adama nifrət edən Cəlil də ola bilərsən. Epiqram sözünə gəlincə qısa, maraqlı və yaddaqalan həcv və ya yazı. Qədim yunanlarda qəbir daşlarına, hədiyyələrin üzərinə yazılan xatirə yazısı və ya yadigarlıq yazısı.

Marsial ancaq xidmət etdiyi dövrdə görünən odur ki, Roma zümrələrinə nifrət bəsləyib və içi kinlə dolub. Şeirlərində açıqca görünür. 

Özündən yuxarıda duran adamların yolunu təmizlə və nəticə etibarilə öz yolunu da aç!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1