Elxan bəylə ilk dəfə ikili şəkildə işlə bağlı bir araya gəldik. Maraqlı müzakirələr oldu və mənim də ondan duyduğum, öyrəndiyim fikirləri və qənaətləri bölüşmək istəyirəm:
1. Bölüşmək ana prinsipidir, heç zaman mübahisəyə getməz, gedənləri istəkləri ilə üz üzə qoyar. Burda gəldiyim qənaət güzəşt etməyi bacarmağıdır. Hansı ki, son illər demək olar ki, şəxslərin lüğətində istifadə olunmur, nəinki tətbiq edilsin. Çox insan güzəçt etmək istəmir. Mübahisələr də elə çox zaman burdan doğur. Bir də peyğəmbər bölgüsündən söz açdıq ki, burda bir xeyli marağa səbəb oldu. Prinsip sadədir:
Sən böl, mən seçim!

2. Sahib olduğu gücü istismar etmir, bərabər şəkildə bölüşdürməyi bacarır. Gücün verdiyi istilik onu dumanlandırmır. Necə ki, bir az uğur insanı nəhəng bir divə çevirir və o uğurun gətirdiyi güclə başqalarına nəyisə sübut etməyə çalışır, hətta əzir və ya yalnız maraqlarına xidmət edir. Bu bir məhvə gedən yoldur. Onunla danışığımızda kiçik bir nümunəsini yazmaq yerində olar. Azercell nümunəsi diqqətimi çəkdi, düşünün yetəri qədər hədiyyə göndərilib Azercellə və ordan Elxan bəyə artıq qalanlar var, gəlib götürə bilərsiniz deyir. Gerisini siz düşünün. Qərar odur ki, evinizə aparın. Buna biz mahiyyətdın kənara çıxmamaq da deyirik. Bu arada Azercellin korporativ mədəniyyətini də bəyəndim.
3. Yük daşımağı və növbəsində ötürməyi qazancı olmasa belə vəzifə kim bilir, öhdəsindən də gəlir. Dadashsoy Business School-da 100-lərlə gənclə münasibətində gördüm və onlara az ödənişlə təlim və sonradan uyğun olanları işlə təmin etməsi bir ayrı xoşuma gəldi.