Bu günlərdə tez tez rastlaşdığım bəzi fikirləri sizlərlə paylaşmaq istəyirəm:
1. Filankəslə dostam amma ona ağız aça bilmərəm. Biz çox yaxınıq əslində. Doğrudan durum acınacaqlıdır. Sual edirəm, niyə işlə bağlı müraciət etmirsən? Deyir, dərhal gözündən düşəcəm. Yuxarı zümrədən bir şey istəyəndə etibarın azalır və sənə işbaz kimi baxırlar. Maraqlıdır, cavabı olan varsa desə sevinərəm. Və reallıqda mənim onun yaxın olan dostumla uzaq münasibətim daha çox mənə fayda verir ki, qazanan mənəm. Məndən xahiş edir ki, onun xidmətini və ya məhsulunu mən təklif edim onun dostuna!
2. Bir dostumuzla müzakirədən alıntıdır, izlədiyi sonuncu qala filmindən bəhs edir. Filmdə kapitan Pertz məşhur bir müharibə iştirakçısı olur və şərlənərək həbsxanaya düşür. Həbsxana rəhbəri Winter onunla görüşür və yüksək qarşılamadan sonra ona silah kolleksiyasını göstərir. Kapitan Pertz-in reaksiyası aşağıdakı kimi olur.
Belə kolleksiyası olan hər bir kişi heç vaxt döyüş meydanına ayaq basmayan adamdır. Onun üçün Şilodan gələn minie topu sadəcə bir artefaktdır. Ancaq bir döyüş baytarına görə, bu, bəzi yazıq bicbalalara görə dünya ağrılarına səbəb olan bir parça metaldır.
Təbii ki, kapitan Pertz-in qara günləri bundan sonra başlayır. Qürurunu əzmişdi Winter-in.
3. Atomik vərdişlər kitabından bu xüsusu diqqətinizə çatdırmaq istəyirəm:
-Vərdişlərin dəyişdirilməsindən yaranan təsir təyyarənin marşrutunun cəmi bir neçə dərəcə dəyişməsinə bənzəyir. Təsəvvür edin ki, Los-Ancelesdən Nyu-Yorka uçursunuz. Los-Ancelesdən qalxandan sonra pilot kursu cəmi 3.5 dərəcə cənuba tərəf dəyişsə, Nyu-York əvəzinə Vaşinqtona enəcəksiniz. Belə cüzi dəyişiklik uçuş zamanı çətin nəzərə çarpar- təyyarənin burnu cəmi bir neçə fut yerini dəyişəcək. Amma ABŞ-ın ölçüləri miqyasında uçuş ilkin təyin olunan məntəqədən yüzlərlə mil kənarda baş tutacaq.
4. Bu aralar bir neçə görüşdə mötəbər dostlarımızda bir neqativ hal müşahidə edirəm. Hərkəsi tanımış kimi, hərşeyi bilmiş kimi davranırlar. Nə gərək var bəylər!? Zatən yetəri qədər fəzilətləriniz var. Deyəcəyin və öyrədəcəyin məqam çoxdur. Elə ordan yürü.