Dünənki Yurd fm-dəki qonağım Azestetik MMc-nin rəhbəri Fariz Məmmədovla birgə müzakirədən sonra bir çay süfrəsində etdiyim qeydləri sizlə bölüşürəm:
1. Sadəlik adı altında sadəlövhlük edirik bəzən. Unutma ki, Allah sənə qiymət verir. Özünü heçkimdən aşağı tutmamaq şərtilə hərkəsi özündən üstün görəcəksən. Qızıl xətti tutmalısınız!
2. Axmaqlar o qədər iddialıdır, ağıllılar o qədər şübhə içindədirlər
3. Özgüvən ayrı eqo ayrı
4. Şübhə yaxşı keçiddir, ancaq təhlükəli dayanacaqdır. Elə olmayanda o şübhə olmur, analiz olur.
5. Daim şübhədə qalmaq suüzəndir
6. Gözlə gördüyün halda həqiqət anlamına gəlmir. Təyyarə nümunəsi. Uzaqdan çox kiçik görünür, həqiqətdə isə o kiçikdirmi?
7. Daimi sevinc ovucundakılara fokuslanmaqdır. Şükran hissi.
8. Dildə yox, halda önəmlidir
9. Axına qarşı üzmək lazımdır
10.Pisin detalına gedirlər, yaxşının ümumusini dilə gətiririk.
11. Şübhəni həddindən çox böyüdürük
12. Bildin, əməl elə
13. Cavan deyir bilsəydim, qoca deyir bacarsaydım
14. Yoxdan əl çəkmək
15.Ağrısız keçirəcək, əldə edilən təcrübələrlə digər insanlarla paylaşılanda
16. Bu dünya oyun və əyləncədən ibarətdir. Oyunu öyrəndikcə sənə əyləncə kimi gəlir. Öyrənə bilməyənlər əziyyət çəkir.
17. Quralları biz öyrədə bilərik ən yaxşı halda.
18. Yalan qorxudan gəlir. İki nəfərin arasını düzəltmək üçün də yalan yaxşıdır.
19. Səhvimiz bəlli olmalıdır
20. Allah bizdən azını istəyir
21. Səfinizi bəlli edin
22. Dinə qalxan olun, dini qalxan eləməyin
23. Ehtiyatlılıq qorxaqlığa gətirib çıxarmamalıdır. Allah qorxağı sevmir. Qorxaqlıq fürsətlərin oğrusudur
24.Şirkətin dövrüliyi- Körpəlik, əzizlənmə, gəlhagəl, gənclik, çiçəklənmə
25. Fikir eləmə ayrı düşünmək ayrı
26. Sındırmaq ayrı tənbeh ayrı. Tənbeh qarşı tərəfin xeyrinə olmalıdır. Gərəkdiyində tənbeh edilməlidir işçi.
27. Rəhbər ata olmalıdır, ağa olmalı deyil
28. Problenmlə gələndə təklif də gətir
29. Adımız idarəçi, özümüz yaxşı işçiyik
30. 3 cür qərar qəbul etmə var:
1. Yatıram, dururam, gəlirəm(avtoritar)
2. Səsvermə ilə qərar qəbul edilməlidir və qərar tək rəqəmlə olmalıdır/ Cüt səs olsa, rəhbərin veto hüququ olmalıdır.
3. Danışırıq, müxtəlif heyət üzvləri ilə 10 gün də müzakirə edirik, qərarı sonda rəhbər verir.
Qərar qəbul etmə sonda belə olmalıdır, müzakirə demokratik, icrası avtoritar!
31. Vəzifəsi var, səlahiyyəti yoxdur
32. Səhv etməyə şərait yaradılmalıdır. Dənizdə boğulma nümunəsi. Övladın dənizdə dayazdan dərinə getməyi özü etməlidir. Dərinə düşdüyündə boğulacağı təqdirdə yanında olub onu xilas etməlisən və izah etməlisən. Çünki özü boğulan üzməyi də əla öyrənər.