Şəkil sizə ilk başda sual dolu gələ bilər. Ancaq bu Kolumbun yumurtasının heykəlidir. İrəlidə mənasın yazacam və mövzu ilə bağlı bir real nümunədir.
Dostlar son günlər konsultasiya verdiyim şirkətlərdə satışın artımı və münasibətlərin yenidən şəkillənməsi ilə bağlı görüşlərdə oluram. Maraqlı məqamları bölüşmək istərdim:
1. Satan tərəf vermədən almağa çox istəklidir. Düşünək ki, rəqabət sıxlığında isən, mütləq sən fərqlənməlisən və bu halda əlavə dəyərlər yaratmalısan. Təəssüf ki, bunu anlayan və dərk edən az sahibkar görürəm.
2. Nə tökərsən aşına, o çıxar qaşığına. Görüş sırasında tərəf müqabilim, sahibkar, gələn zənglərinə cavab verir və ya səssizə qoymur telefonu. Bu davranış qəti qəbul edilməzdir. Düşünün ki, siz zənginizə belə cavab verdikdən sonra qarşı tərəf müştəri o da eyni hərəkətləri etməyə başlayır.
3. Görüşdən öncə, bu müştəri bizə yaxındır düşüncəsində olan sahibkar, əslində, qarşılanmadan tutmuş ta görüş sürəci müddətincə maraqsız davranması, diqqətlə dinləməməsi və müzakirələrə qapalı girməsi, müştərinin əks düşüncədə olmasını göstərir. Yəni, burda da xarakter və çatışmazlıq işə də özünü göstərir. Müştəri heç də özünü yaxın hiss etmir.
4. Niyə də? Niyə, əli boş gedirsən. Ver ki. alasan. Dindardırsa, mədinə xurmasını alsan, bərk içəndirsə, jagermeister seti alsan nəyi pisdir? Bütün bunlar nəyə dəlalət edir? Elə görünən odur ki, bu hala artıq gətirmisən! Bu halı sən yaratmısan.
Konsultant, sadəcə sənə istiqamət verə bilər, icra işi yenə səndə! Məşhur bir deyim var, hara getsən də özünü daşıyırsan. Xaricə köçənlərə, və ya xoşbəxtliyi başqa yerdə axtaranlara aiddir daha çox. Qısacası, özünü dəyişdirməsən, yenə eyni səhv.
Bəs bu heykəldəki yumurta nə ilə bağlıdır? Christopher Columbus ilə bağlı olan bir əhvalatın nəticəsində yaranan ifadədir. Belə ki, Columbusa Hindistana getməyi üçün maliyyə köməyi lazım idi, lakin dövlət ona bunun mümkün olmadığını söyləmişdi. Bir gün məclisdə iştirakçılar Kolumbun zəkasını və peşəkarlığını sorğulamağa başlayırlar və gördüyü işin bəsitliyinə işarə edirdilər. Komlumb bununla bağlı bir qərar verir və gözəl bir gediş edir. Məclisə sual edir, kim bu yumurtanı dik edə bilər. Lakin bir adamın səsi də çıxmır. Heçkim bacara bilmir. Bunu fürsət bilən Kolumb yumurtanın əsasını sındırır və bununla da yumurta vertikal şəkildə dayanır. Onlar isə bundan heyrətə gəlirlər və susurlar. Bir çox insan zəkasına mat qalırş Elə bu əhvalatdan sonra da “Kolumbun yumurtası” ifadəsi yaranır. Bu hadisədən sonra da ona bu abidə də həsr edilmişdir. Kolumbun yumurtasının mənası bəsit hərəkətlərlə yüksək nəticələr əldə etməkdir. Bir çözümdəki bəsitlik və asanlıqdan çox zəkaya işarət edir.
Gördüyünüz kimi, kiçik həllərlə böyük nəticələrə varılır! İşinizdə də kiçik və xırda dediyiniz hallar nə qədər sonra böyük şeylərin başlanğıcıdır. Necə ki, Kolumb bir yumurta ilə nə qədər ağıllı olduğunu ortaya qoydu!