Soxulcandan sərvət qazanmaq ağlınıza heç gəlib?

200 min soxulcanla qatı və maye şəklində 3 ton orqanik kübrə istehsal etdiyini bildirən Yusuf General, 1 il içərisində sayısı 2 milyona çatacaq böyük bir təsisata sahib olacağını bildirir. Orqanik məhsul da məhz üzvü kübrələrdən əmələ gəlir. Orqanik kübrənin önəmi qonşu Türkiyədə yeni yeni bilinməkdədir. Bizdə səhv etmirəmsə artıq başlanıbdır. Bununla bağlı Bərdədə sahibkara kredit verildiyini demişdilər mənə. Bir çox ölkələrdə bağçılıq və meyvə-tərəvəz işində fermerlər kimyəvi tərkibli kübrə yerinə artıq orqanik kübrə verməyə başladılar. Orqanik kübrə dediyimizdə ilk ağla gələn kübrə isə soxulcan kübrəsidir. Növü, Qırmızı Kaliforniya soxulcanın(Red California Worm) istehsal etdiyi orqanik kübrənin, normal kübrəylə müqayisədə yüzdə 40% ilə 60% arasında daha çox məhsuldarlıq verdiyi isbatlanmışdır.

Yusuf General onu da bildirir ki, soxulcanlar qısa zamanda artan heyvan növüdür. Belə ki, 200 min ilə başlayan Yusuf, 1 ildə bunun sayının 2 mlna çatacağını bildirir. Soxulcanların bəsləndiyi maddələr isə böyükbaş heyvanların və digər heyvanların peyinidir. Əsas bəslənmə peyin olaraq soxulcanlar tərəfindən 100 %-lik orqanik kübrəyə çevrilir.

Qiymətinə gəlincə 10000 ədədini rahatlıqla 474 aznə ala bilərsiniz. Soxulcan sayı artdıqca qiymət fərqi yaranmış olur. 50000 ədədini 2137 aznə əldə edə bilərsiniz. Ancaq mütəxəssislər inadla bildirirlər ki, az miqdarda elə 10 min soxulcanla işə başlamaq məqsədə uyğundur. Bununla həm az sərmayə ilə işə başlamış olursunuz, həm təcrübə əldə etmiş olursunuz. Nəticədə özünüz sayını artırmış olacaqsınız. Hesab edin ki, 10 min soxulcanın 3 aylıq bəslənmə maddəsi sadəcə 540 kq olacaq. Demək olar ki, bəslənmə maddəsinin maliyyəti sıfıra yaxındır. 1 kamaz bəslənmə maddəsi(peyin) 100-150 azn arasında dəyişir. Orqanik kübrənin qiyməti 20 kqlıq 20-36 azn arasında isə dəyişir. Təbii ki, qiymət dəyişikliyi var.

Səhv etmirəmsə Azərbaycandan artıq bəzi fermerlər elə Türkiyədən, Giresunda bu işi görən Əhməd Ceylandan alırlar. Ölkəmizə məhz onun orqanik kübrəsindən ixrac olunur. Onun dediyinə görə fındıq ağaclarına verilən bu kübrə 38% məhsuldarlığı artırır. Dahası 4 il ardarda ağaca kübrə verməyə ehtiyac duyulmur.

Biz ki, bu işi görə bilərik…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1