“Mayak 13”-ü neçə nəfər tanıyır?

Mill brendlər yaranmalıdır, yaranmalı idi, hələ də gec deyil. Beynəlxalq brendlər də zamanında yaranıb, yaşayır və yaşadılır. 

Bu qlobal brendlər öz ölkələrindən çıxınca, misafir olduqları ölkəyə gəlincə nə edirlər? deyə sual etsək, bugünün yeni bloquna nəfəs vermiş olarıq.

Tam təsadüf, McDonaldsın Maharaja Mac yeməyini görməsəydim, həm də qoyun əti, yüzdə yüz qoyun ayaq əti, bu bloq yazıma mövzu tapa bilməzdim. http://mcdonalds.wikia.com/wiki/Chicken_Maharaja_Mac geniş məlumatı burdan əldə edə bilərsiniz.

Gələk, əsas məsələyə ki, necə olur qlobal brend Hindistanda tam fərqli bir menyu listəsilə fəaliyyət göstərir. Deməli, McDonalds başbilənləri gözəl bilirlər ki, Hindsitanda hələ də bir ailənən ortalama illik gəliri 800 dolları keçmir. Ancaq bu orta səviyyədə də yaşayan bir 260 mlnluq bir bazar var. Demək ki, bu yerli bazara uyğun və ekonomik sayılacaq məhsullar işləmək lazımdır. 

Gələk, digər ölkəyə, Finlandiya. Ən çox kofe istifadə edilən ölkələrdən sayılır ki, bu soyuq göllər ölkəsinə qlobal brend Gevalia rahatlıqla bazara girə bilmədi. Çünki, artıq ölkənin kofe bazarını əlində tutan yerli Paulig brendi ona aman verəsi deyil. Üstünə bir də bu Paulig bir ev hazırımı olan bir qəhvədir. Pauligdən fərqli olaraq, Standartlaşmış, həm də ləzzət standartlaşmasına nail olan Gevalia hələ də Helsinkidə çətin günlərini yaşayır.

Deməli, bu kimi caselər də açıq şəkildə bildirir ki, artıq təsdiqini tapmış “global think local act” sloqanı, günümüzdə də aktuallığını qoruyur. 

Ee, dollarda bahalaşdı, 2 dəfə  devlavasiya da gördük, Çətinləşdi hə, yeni françayzinqlər almaq. Belə də olmalıydı. Çarəsizik? Xeyr! Fürsətləri dəyərləndirək, milli brendlərimizlə dünyaya açılaq. Həm də qaçınılmaz haldır ki, biz bunu etməliyik. Yuxarıda sadaladığımız faktorları da nəzərə alaq, Bazarı əməllicə öyrənib, sonra orda işə başlayaq. 

“Mayak 13”-ü neçə nəfər tanıyır?

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1