8 ölkə və 12 şəhər… Və 6 başlıq!

Bu postda isə özümün gəldiyim qənaətləri və düşüncələri ümumiləşdirib yazacam.

  1. Hər zaman ölkəmə dönəndə xaricdən neqativ alırdım bizimkiləri görəndə ancaq bu dəfə onları sevgiylə və sevinclə görürdüm. Onların hər biri mənə dəyərli və müsbət fikir verirdi. Gəzdiyim ölkələrdən gəldiyim qənaət odur ki, biz bir birimizi sevməliyik. Sevmək məcburiyyətindəyik. Başqa yolu da yoxdur. Bütün varlığımızla bir birimizə bağlı olmalıyıq. Pis və yaxşı yönüylə hər zaman bir birimizi qəbul etməliyik.
  2. Bu ölkələrin məşhur yerləri və turistik açıq olma səbəbləri bunların güclü tarixi irsi qorumaq və ciddi şəkildə bununla bağlı qanunvericilikdir. Təməlində yenə də sadə düşüncədən doğur bütün bu şeylər. Çox sadə düşüncə və tələb olunan təlimatlar əsasında prosesə başlayırlar.
  3. Biz azərbaycanlıların çox qoçaq və işgüzar olduğunu bir daha gördüm və anladığm budur ki, onlar xaricdə daha çox uöur qazanırlar və düşünürəm ki, istənilən iş də onlar özlərini sınamaqla güc əldə edə bilirlər. Bu zəhmət və ağılın nəticəsində onlar maddi və mənəvi zənginliyə səbəb olurlar. Bu halda hesab edirəm ki, onların ölkəyə bağlılığını da artırmalıyıq və zamanla əldə etdikləri zənginlikləri ölkə ilə paylaşmalıdırlar.
  4. Dövlətimiz onların çətiri olmalıdır, xaricdə yaşayan azərbaycanlıların. Hər birində bir vətən sevgisi və ölkəyə bağlılıq özünü biruzə verir. Bu yolda bir neçə ciddi proyekt düşünürəm və yaxın zamanlarda birini deyəcəm. Başlayaq artıq birliyin gözəl meyvələrini əldə etməyə.
  5. İstənilən getdiyim ölkədə türk amili var və biz türk amilindən ciddi istifadə etməliyik, yaxşı mənada və də onlara da biz dayaq olmalıyıq. Gəldiyim qərar odur ki, bir az çaba və məqsədyönlülüklə onlara da hökm edib gözəl işlər ortaya qoya bilərik.
  6. Eyni zamanda Avropada bir Ukrayna havası da var və ukraynalılar çoxluq təşkil edirlər. Onlardan da yararlanmaq və onlara da dəstək olmaq olar. Aralarında yaxşı bildikləri peşələri və ucuz işçi qüvvələri dəyər qata bilər. Nədənsə, içimdə həmişə bir fikir var onlarla bağlı. Taleyimiz də ortaq yönlər çoxdur.

Hələki bu qədər…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1