3-lü filtir testi!

Bilib bilmədən insanların arxasından danışan bir insan, bir gün Sokrata rastlar və deyər ki, dostunla bağlı nə eşitdiyimi bilirsənmi?

Sokrat isə anidən, bir dəqiqə gözlə, deyə cavab verir. Mənə bir şey söyləmədən öncə, səni kiçik bir testdən keçirmək istəyirəm. Buna 3-lü filtir testi deyirlər.

İlki, Həqiqət filtiri- Mənə bir azdan söyləyəcəyin şeyin həqiqəti əks etdirdiyindən əminsənmi? Qarşısındakı adam bir az düşünür və xeyr, cavabı verir. Sadəcə bir yerlərdən eşitdim.

İkincisi, Yaxşılıq filtiri- Dostumla bağlı söyləyəcəyin şey yaxşı bir şeydirmi, sualını verir Sokrat. Qarşısındakı adam xeyr, deyər. Hətta tam tərsi. Sokrat bu halda, elədirsə onda sən mənim dostum haqqında pis bir şey demək istəyirsən, deyə sual edər və bunun da həqiqət olduğundan da əmin deyilsən, amma yenə də testi keçə bilərsən. Çünki geridə bir filtirimiz daha var.

Sonuncu, İşə yarama filtiri, mənə dostumla bağlı deyəcəyin şey, mənim işimə yarayırmı?, Sokrat sual edir. Qarşısındakı adam isə, xeyr, doğrusu işinə yaramayacaq deyir. Bunu eşidən Sokrat belə buyurur, əgər mənə deyəcəyin şey doğru deyilsə, yaxşı deyilsə və üstəlik də işə yarayan bir şey deyilsə də, mənə niyə deyəsən ki?

Recai Çakırın bu sözləri çox xoşuma gəldi və sizinlə də paylaşmaq istədim. Ümid edirəm, bu testi sizə deyil, siz başqalarına edərsiniz.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1