Linzertorte, deyə bir tort Avstriyanın Linz şəhərilə bağlıdır. Ancaq bu bağlılıq bugün daha çox kiminlə bağlıdır sual etsək, bu Jindrak ailəsinin işlətməsində olan Konditorei Jindrak şirniyyat yerilə bağlıdır. Mən bu yerə getdim, ancaq qapalıydı deyə otura bilmədim və də dadına da baxa bilmədim. Ancaq yetəri qədər məlumat topladım. Bunu başdan bildirim ki, Jindrak kəliməsinin kökü qədim almancaya gedir. Mənaca, ev qaydası mənasına gəlir(Heinrich almanca, Henry ingiliscə). Heim-ev, ric-king mənasındadır. Ancaq bugün Jindrak daha çox çex kəliməsi kimi tanınır.
Linzertorte ənənəvi Avstriya xəmiridir, üstü meyvə konservləri və dilimlənmiş qoz-fındıq ilə örtülmüş qısa çörək formasıdır. Adını Avstriyanın Linz şəhərinin şərəfinə almışdır. Uzun müddətdir ki, 1696-cı ildə Vyana “Stadt-und Landesbibliothek”-dəki resept məlum olan ən qədim resept idi. Bununla belə, 2005-ci ildə Yuxarı Avstriya Landesmuseumunun kitabxana müdiri və “Wie mann die Linzer Dortten macht”(“Linzertorte necə hazırlanır”) kitabının müəllifi Waltraud Faißner, Abbey arxivində Codex 35/31-də 1653-cü ilə aid daha qədim Verone reseptini tapdı. Linzertorte öndədir hələki. Bu reseptlə tortu bişirən yer isə öz iddiası ilə Jindrakdır.
İki satıcı qadın və üç səyahətçi ilə Leo Jindrak Linzdə Herrenstrasse 22 ünvanında xəmir dükanı açdı.İl 1929-cu il. Oğlu II Leo Jindrak 1971-ci ildə biznesi ələ keçirdi, Herrenstrassedəki kafeni təmir etdi və genişləndirdi, “Pikant” gurme restoranını açdı və Linz Cənub Stansiyasında və Urfahrda filialları daxil etmək üçün şirkəti genişləndirdi. Şirniyyat ailəsinin üçüncü nəsli də erkən yaşlarından onlarla işləyirdi: Ticarət Şurasının üzvü Leo Jindrak III. Cəmi 21 yaşında o, usta şirniyyatçı imtahanından keçdi və Avstriyanın ən gənc qənnadı ustalarından biri oldu. O, 1986-cı ildə şirkəti təhvil aldı. Daha bir əlamətdar hadisə 2007-ci ildə ilk növbədə truffle və pralinləri ilə tanınan ənənəvi Wrann qənnadı məmulatının alışı oldu. Wrann Jindrak ilə birləşdi. Addım addım irəliləyiblər və o şəhər üçün ciddi bir marka yarada biliblər. İndi 3-cü Leo Jindrak bu məsuliyyəti üzərində daşıyır.
Təsəvvür edirsiniz dostlar, 1696-cı ildən əldə məlum olan reseptlə bu adamlar necə önə çıxıblar. Biz də bu ənənəni mənimsəyək. Biz də ən yaxşı şirniyyatın resepti ilə irəli gedək və xariqüladə yaradaq.