Bizim insanlarımızın bəlli sayda bir çoxu özlərini və digərlərini aldatmaqda çox bacarıqlıdırlar. Təbii ki, tək bizə xas deyil. Dünyada da birəbir və ya buna bənzər bu kimi nümunələr var. Sayları da çoxalır. Azalmaq yerinə, daha da artırlar. Qınanmaq yerinə, geniş yayılırlar. Mən kimlərdən danışacam, indi bilərsiniz:
O şəxslər ki, ən son brendləri endirimdən alıb ən çox iş adamlarının toplaşdığı tədbirlərdə boy göstərirlər. Geyim və aksesuarlarla digər insanlarda özləri haqda güclü insan imajı yaradırlar. Halbuki, bilən bilir, bilməyəndə ən sonda biləcək. Tədbirdən sonra Kubinkaya gedir. Kiçik bir evə. Həyət evinə.
O şəxslər ki, qürurlarından yerə göyə sığmırlar və çox güclü olduqlarına inanırlar, özlərini daha çox aldadırlar. Nə ailədən bir şeyi var, nə özü bir şeylər ortaya qoyur. Heç bir rezultatı yoxdur. Bütün günü elə fırlanır.
O şəxslər ki, bu etdiklərini bir fədakarlıq sayır və etdikcə sanki qarşısındakı insanın ona borclu olduğunu düşünür, əvəzini də görməyincə qabağındakı adamlara rahatlıqla pis deyir. Halbuki, heç nə etmir ya da az şey edir, ancaq qarşısındakının ona az verdiyini ya da heç nə vermədiyini düşünür. Gülünc deyilmi? Özünü qurban etdiyini düşünür və gözləntilərə girir. Gözləntilər qarşılanmayınca, qarşısındakı adam olur ən pis adam.
Dahası, insan nə qədər özünü ağıllı hesab edə bilər? Bu qədər də yox da. Niyə özünü bu qədər ağıllı hesab edirsən? Nədir səndə olan o təkəbbür?Belə insanların arasında dindar olub Allah Təalaya bağlı olanlar da var, olmayanlar da.
Sən əslində narsistsən! Siz əslində narsistsiniz!